https://news.day.az/azerinews/1855560.html Azərbaycan-Özbəkistan münasibətləri yüksələn xətlə inkişaf edir - Azər Qarayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə səsləndirdiyi fikirlər Azərbaycan-Özbəkistan münasibətlərinin strateji müttəfiqlik mərhələsinə yüksəldiyini göstərir. Day.Az bildirir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

Azərbaycan-Özbəkistan münasibətləri yüksələn xətlə inkişaf edir - Azər Qarayev

Azərbaycanca, 23 августа 2026 11:19 (UTC +04:00) 152
Azərbaycan-Özbəkistan münasibətləri yüksələn xətlə inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə səsləndirdiyi fikirlər Azərbaycan-Özbəkistan münasibətlərinin strateji müttəfiqlik mərhələsinə yüksəldiyini göstərir.

Day.Az bildirir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin ən yüksək səviyyəyə - müttəfiqlik səviyyəsinə çatdığını vurğulayır.

"Bu, Azərbaycanın Özbəkistanı uzunmüddətli və etibarlı strateji tərəfdaş kimi gördüyünü göstərir.

Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə şəxsi dostluq və qarşılıqlı etimada xüsusi diqqət yetirməsi iki ölkə arasındakı əlaqələrin inkişafında liderlərarası münasibətlərin mühüm rol oynadığını göstərir."

A.Qarayev qeyd edib ki, iqtisadi əlaqələr yeni mərhələdədir.

"Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 795 milyon dollara çatıb və əvvəlki illə müqayisədə üç dəfədən çox artıb. İnvestisiya, sənaye, avtomobil istehsalı, enerji və kənd təsərrüfatı sahələrində birgə layihələr iqtisadi əməkdaşlığın praktiki nəticələrini nümayiş etdirir.

Orta Dəhliz xüsusi əhəmiyyət daşıyır: Prezident İlham Əliyevin Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyasını vurğulaması Azərbaycanın Özbəkistanla əməkdaşlığında nəqliyyat və logistikanın strateji istiqamətlərdən biri olduğunu göstərir. Bu əməkdaşlıq Mərkəzi Asiyanın dünya bazarlarına çıxış imkanlarının genişləndirilməsində Azərbaycanın rolunu da artırır."

Politoloq bildirib ki, Azərbaycanın Mərkəzi Asiyada rolu artır.

"Müsahibənin ən diqqətçəkən məqamlarından biri Prezident İlham Əliyevin Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakını vurğulamasıdır. Prezident İlham Əliyevin "C5" formatının faktiki olaraq "C6"ya çevrildiyini qeyd etməsi Azərbaycanın regional əməkdaşlıqda artan rolunu göstərir. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatını yalnız siyasi və iqtisadi əməkdaşlıq platforması kimi deyil, ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər əsasında formalaşan birlik kimi təqdim edir. Azərbaycan-Özbəkistan münasibətləri də bu baxımdan Türk dünyasının inteqrasiyasının mühüm dayaqlarından biri kimi çıxış edir."

A. Qarayevin sözlərinə görə, Prezident İlham Əliyevin təhsil, mədəniyyət, media, şəhərlərin qardaşlaşması və turizm sahələrindəki əməkdaşlığı xüsusi qeyd etməsi göstərir ki, münasibətlər yalnız hökumətlərarası səviyyədə deyil, xalqlar arasında əlaqələr istiqamətində də genişlənir.

"Müsahibənin əsas mesajı ondan ibarətdir ki, Prezident İlham Əliyev Azərbaycan-Özbəkistan münasibətlərini Mərkəzi Asiya ilə daha geniş regional əməkdaşlığın mühüm dayaqlarından biri kimi görür. Bakı-Daşkənd əməkdaşlığı artıq yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, nəqliyyat, enerji, iqtisadiyyat və Türk dünyasının inteqrasiyası kimi daha geniş regional layihələr kontekstində inkişaf edir.

Xüsusilə iqtisadiyyat, nəqliyyat, enerji və Türk Dövlətləri Təşkilatı istiqamətlərində əməkdaşlığın vurğulanması göstərir ki, Azərbaycan-Özbəkistan münasibətləri artıq təkcə "qardaş ölkələr" ritorikası ilə məhdudlaşmır, konkret iqtisadi və geosiyasi layihələrlə möhkəmləndirilən strateji müttəfiqlik səviyyəsinə yüksəlib."

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости