https://news.day.az/azerinews/1857589.html 72 mindən çox tibb işçisini əhatə edən qərar: “Bu diqqət bizi daha da ruhlandırdı” 1 sentyabr 2026-cı ildən etibarən Azərbaycanda səhiyyə işçilərinin sosial rifahının və əməyinin stimullaşdırılmasının gücləndirilməsi istiqamətində mühüm addım atılıb.

72 mindən çox tibb işçisini əhatə edən qərar: “Bu diqqət bizi daha da ruhlandırdı”

Azərbaycanca, 3 сентября 2026 16:39 (UTC +04:00) 147
72 mindən çox tibb işçisini əhatə edən qərar:

1 sentyabr 2026-cı ildən etibarən Azərbaycanda səhiyyə işçilərinin sosial rifahının və əməyinin stimullaşdırılmasının gücləndirilməsi istiqamətində mühüm addım atılıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin tapşırığı ilə ölkə üzrə 72 212 tibb işçisini əhatə edən yeni əməkhaqqı qaydalarının tətbiqinə başlanılması dövlətin səhiyyə sahəsinə və bu sahədə çalışan fədakar tibb işçilərinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu mühüm təşəbbüs tibb işçilərinin əməyinin daha layiqli qiymətləndirilməsinə, onların sosial müdafiəsinin gücləndirilməsinə və səhiyyə sisteminin inkişafına mühüm töhfə verəcək.

Day.Az-a açıqlamasında Sabunçu Tibb Mərkəzinin baş tibb bacısı Zeynəb Bəkirova deyib ki, baş tibb bacılarına göstərilən bu diqqət və verilən önəm bizim üçün həqiqətən çox dəyərlidir.

O, bildirib ki, bu münasibətlə baş tibb bacılığının sadəcə bir vəzifə adı deyil, böyük məsuliyyət, ciddi iş yükü və üzərinə düşən öhdəliklərin layiqincə yerinə yetirilməsini tələb edən çox önəmli vəzifə olduğu bir daha hiss edilib.

"Bizə göstərilən bu diqqət, verilən dəyər və etimad düşünürəm ki, hər birimiz üçün həm xoş, həm də motivasiyaedici oldu. İnsan öz əməyinin və daşıdığı məsuliyyətin görüldüyünü və qiymətləndirildiyini hiss etdikdə, təbii ki, işinə daha böyük həvəs və məsuliyyətlə yanaşır.

Bu münasibətə görə səmimi təşəkkürümü bildirirəm. Əməyimizin, zəhmətimizin və üzərimizdəki məsuliyyətin qiymətləndirilməsi bizi çox məmnun etdi və daha da ruhlandırdı.

Ümid edirəm ki, bundan sonra da bizə göstərilən bu etimadı doğrultmaq, üzərimizə düşən məsuliyyəti layiqincə yerinə yetirmək və işimizi daha böyük həvəs və məsuliyyətlə davam etdirmək üçün əlimizdən gələni edəcəyik", - o deyib.

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости