Tibb işçiləri üçün yeni əməkhaqqı qaydaları dövlət qayğısının mühüm göstəricisi - Sevinc Həsənova
Yeni əməkhaqqı qaydaları Azərbaycan səhiyyə sistemində çalışan tibb işçilərinin əməyinə verilən yüksək dəyərin və dövlətin səhiyyə sahəsinə göstərdiyi diqqətin mühüm göstəricisidir.
Day.Az-a açıqlamasında cərrahiprofilli təcili tibbi yardım şöbəsinin müdiri Sevinc Həsənova deyib ki, Təcili Tibbi Yardım sistemində çalışan həkim üçün iş saatlarının, məsuliyyətin və yaşanan stressin miqyasını bəzən rəqəmlərlə ifadə etmək mümkün deyil.

O qeyd edib ki, hər çağırışda insan həyatının ən həssas anlarına şahid olur, saniyələrin belə böyük əhəmiyyət daşıdığı bir şəraitdə operativ və məsuliyyətli qərarlar qəbul edirik.
"Bu peşə yalnız yüksək tibbi bilik və təcrübə deyil, eyni zamanda soyuqqanlılıq, səbr, çeviklik və insana dərin bağlılıq tələb edir. Həkimlərin ən çətin anlarda göstərdiyi fədakarlıq, peşəkarlıq və humanist yanaşma cəmiyyət üçün əvəzolunmaz dəyər daşıyır. Onların hər bir çağırışa böyük məsuliyyət hissi ilə yanaşması, insanların həyatına ümid və inam bəxş etməsi bu şərəfli peşənin ən yüksək göstəricilərindəndir.
Ən böyük arzumuz hər bir insanın mümkün qədər tez sağalaraq öz doğmalarına qovuşmasına vasitəçi olmaqdır. Bu məsuliyyətli və şərəfli missiyanı layiqincə yerinə yetirmək üçün göstərilən diqqət və dəstək bizim üçün çox dəyərlidir", - deyə o bildirib.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре