https://news.day.az/azerinews/1857885.html Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb - FOTO Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb. Day.Az xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov "Instagram" səhifəsində paylaşım edib.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb - FOTO

Azərbaycanca, 4 сентября 2026 18:52 (UTC +04:00) 393
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb.

Day.Az xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov "Instagram" səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

"Əziz Murad Adıgözəlzadə!

Hamımız sənin tezliklə sağalmağını arzulayırıq. Sən güclü insansan və biz inanırıq ki, sən bu sınaqdan mütləq üzüağ çıxacaq və qalib gələcəksən. Azərbaycana sənin kimi istedadlı, işıqlı və öz sənətinə sadiq insanlar gərəkdir. Düşüncələrimiz, dualarımız və ən xoş arzularımız bu gün səninlədir.

Xüsusilə ən çətin anlarında sənətkarlarımıza göstərdikləri diqqət, qayğı və dəstəyə görə möhtərəm cənab Prezidentə və hörmətli Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk.

Allah sənə güc, möhkəm cansağlığı və şəfa versin. Hamımız sənin səhnəyə qayıtmağını səbirsizliklə gözləyirik".

  • Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
  • Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости