https://news.day.az/azerinews/1859542.html Səhər yorğun oyanırsınızsa, səbəb bu vərdiş ola bilər Kifayət qədər yatmağınıza baxmayaraq səhər yorğun oyanırsınızsa, səbəb yatmazdan əvvəl etdiyiniz bəzi vərdişlər ola bilər. Day.Az xəbər verir ki, xüsusilə telefon, planşet və kompüter ekranına uzun müddət baxmaq yuxunun keyfiyyətini aşağı sala bilər.

Səhər yorğun oyanırsınızsa, səbəb bu vərdiş ola bilər

Azərbaycanca, 13 сентября 2026 04:21 (UTC +04:00) 199
Səhər yorğun oyanırsınızsa, səbəb bu vərdiş ola bilər

Kifayət qədər yatmağınıza baxmayaraq səhər yorğun oyanırsınızsa, səbəb yatmazdan əvvəl etdiyiniz bəzi vərdişlər ola bilər.

Day.Az xəbər verir ki, xüsusilə telefon, planşet və kompüter ekranına uzun müddət baxmaq yuxunun keyfiyyətini aşağı sala bilər.

Ekranlardan yayılan mavi işıq beynin yuxuya hazırlıq prosesinə təsir göstərərək yuxuya getməyi çətinləşdirə bilər. Gecə ağır yemək yemək, kofein qəbul etmək və sosial şəbəkələrdən uzun müddət istifadə etmək də yuxunu poza bilər.

Mütəxəssislər yatmazdan 30-60 dəqiqə əvvəl elektron cihazlardan uzaq durmağı, yataq otağını sakit və qaranlıq saxlamağı tövsiyə edirlər. Yorğunluq davamlı xarakter daşıyırsa, səbəbin müəyyənləşdirilməsi üçün həkimə müraciət etmək məsləhətdir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости