Horadiz–Ağbənd avtomobil yolunun tikintisi başa çatdı
Azərbaycanda Horadiz-Ağbənd avtomobil yolunun tikintisi başa çatıb, Zəngəzur dəhlizinin inkişafı çərçivəsində dəmir yolu xəttinin inşası isə davam edir.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatında qeyd olunub.
Bununla yanaşı, Naxçıvanda dəmir yolu infrastrukturunun modernləşdirilməsi istiqamətində də işlər aparılır.
"Zəngəzur dəhlizinin inkişafı Azərbaycanın tranzit potensialının genişləndirilməsi və beynəlxalq nəqliyyat marşrutlarının şaxələndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Dəhlizin inkişafının ildə 15 milyon tona qədər əlavə yükdaşıma potensialı yaratmağa və regional nəqliyyat əlaqələrini gücləndirməyə imkan verəcəyi gözlənilir", - deyə məlumatda qeyd olunub.
Xəbər yenilənəcək
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре