https://news.day.az/azerinews/1868390.html Eyni balıq, fərqli qiymət: Haradan almaq daha sərfəlidir? - VİDEO Balıq alarkən qiymət fərqi təkcə onun növü və ölçüsündən deyil, alış üsulundan da asılıdır. Zərdabda satıcıların sözlərinə görə, onlayn sifariş zamanı çatdırılma xərci qiymətə əlavə olunur. Balığı birbaşa balıqçılardan almaq isə bəzən 2-3 manat daha sərfəli başa gəlir.

Eyni balıq, fərqli qiymət: Haradan almaq daha sərfəlidir? - VİDEO

Azərbaycanca, 20 октября 2026 17:17 (UTC +04:00) 279
Eyni balıq, fərqli qiymət: Haradan almaq daha sərfəlidir?

Balıq alarkən qiymət fərqi təkcə onun növü və ölçüsündən deyil, alış üsulundan da asılıdır. Zərdabda satıcıların sözlərinə görə, onlayn sifariş zamanı çatdırılma xərci qiymətə əlavə olunur. Balığı birbaşa balıqçılardan almaq isə bəzən 2-3 manat daha sərfəli başa gəlir.

Day.Az xəbər verir ki, Tovuzda balığın növündən asılı olaraq kiloqramı 2 manat 50 qəpikdən başlayır. Satıcılar bildirirlər ki, rayon daxilində onlayn sifarişlərə görə əlavə çatdırılma haqqı alınmır. Bakıya göndəriş zamanı isə 5 manat ödəniş tələb olunur.

Yevlaxda isə balığın satış qiyməti ilə onlayn sifariş qiyməti arasında fərq olmadığı bildirilir. Balıqlar təmizlənib qablaşdırıldıqdan sonra müştərilərə çatdırılır. Beləliklə, balıq alarkən həm qiymətləri, həm də çatdırılma şərtlərini müqayisə etmək alıcılara daha sərfəli seçim etməyə imkan verir.

Ətraflı "Xəzər TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости