https://news.day.az/azerinews/1869119.html "Musa böyüdükcə şuluq uşağa dönüb" - Təranə Qumral Müğənnilər Təranə Qumral və Musa Musayev cütlüyü "Sevilən səhər" verilişinin qonağı olub. Day.Az xəbər verir ki,proqram zamanı Təranə Qumral həyat yoldaşı ilə bağlı maraqlı açıqlama verib. O, kişilərin yaşlandıqca daha da uşaqlaşdığını deyərək Musanın da bu xüsusiyyətə sahib olduğunu bildirib.

"Musa böyüdükcə şuluq uşağa dönüb" - Təranə Qumral

Azərbaycanca, 23 октября 2026 14:42 (UTC +04:00) 288
"Musa böyüdükcə şuluq uşağa dönüb"

Müğənnilər Təranə Qumral və Musa Musayev cütlüyü "Sevilən səhər" verilişinin qonağı olub.

Day.Az xəbər verir ki,proqram zamanı Təranə Qumral həyat yoldaşı ilə bağlı maraqlı açıqlama verib. O, kişilərin yaşlandıqca daha da uşaqlaşdığını deyərək Musanın da bu xüsusiyyətə sahib olduğunu bildirib.

"Kişilər yaşlaşdıqca uşaqlaşırlar, evin şuluq uşağına çevrilirlər. Musa müəllim də uşaqlaşıb. Ona 'onu etmə, bunu elə' deyirəm. İndi də onu tərbiyələndirirəm. Evdə böyüdükcə uşaqlaşıb", - deyə müğənni söyləyib.

Musa Musayev isə həyat yoldaşının sözlərinə zarafatla cavab verib: "Sən də mənim yaşıma çatanda mənim kimi olacaqsan".

Cütlüyün efirdəki səmimi dialoqu maraq doğurub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости