Fransada aksiyalar zamanı minə yaxın şəxs saxlanılıb
Oktyabrın 24-də Fransada keçirilən kütləvi aksiyalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 1000-ə yaxın insanı saxlayıb.
"BFMTV" telekanalının verdiyi məlumata görə, bu barədə ölkənin daxili işlər naziri Loran Nunyes bildirib.
Xatırladaq ki, oktyabrın 18-də Fransa Prezidenti Emanuel Makron hökumətdən etirazların bir daha təkrarlanmaması üçün qətiyyətli tədbirlər görməyi tələb etmişdi. Dövlət başçısı iğtişaşlarda təqsirkar olanların cəzalandırılacağını və zərər çəkmiş biznes sahiblərinə dəstək veriləcəyini vəd etmişdi.
Lakin E.Makronun siyasi opponentləri onun bu çıxışını "acınacaqlı" adlandıraraq, ölkədəki sosial narazılığa görə məsuliyyəti birbaşa prezidentin üzərinə qoyublar.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре