https://news.day.az/azerinews/1869582.html Azərbaycanın daha bir güləşçisi dünya çempionatında qızıl medal qazanıb Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında qızıl medala layiq görülüb. 77 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz final görüşündə Moldova idmançısı Aleksandrin Qutuya 8:3 hesabı ilə qalib gələrək dünya çempionu olub.

Azərbaycanın daha bir güləşçisi dünya çempionatında qızıl medal qazanıb

Azərbaycanca, 25 октября 2026 19:34 (UTC +04:00) 269
Azərbaycanın daha bir güləşçisi dünya çempionatında qızıl medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında qızıl medala layiq görülüb.

77 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz final görüşündə Moldova idmançısı Aleksandrin Qutuya 8:3 hesabı ilə qalib gələrək dünya çempionu olub.

Qeyd edək ki, bu gün Azərbaycan millisinin digər üzvü Eldəniz Əzizli 55 kiloqram çəki dərəcəsində İran güləşçisi Pəyam Əhmədiyə 3:1 hesabı ilə qalib gələrək beşinci dəfə dünya çempionu olub.

Beləliklə, Azərbaycan güləşçiləri Astanada keçirilən dünya çempionatının ikinci günündə 2 qızıl medal qazanıblar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости