https://news.day.az/azerinews/1870727.html
Xətai və Suraxanı rayonlarının bu ərazilərində qazın verilişində fasilə yaranacaq
Magistral qaz kəmərində aşkar edilmiş sızmanın aradan qaldırılması ilə əlaqədar oktyabrın 30-da paytaxtın Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən Day.Az-a məlumat verilib.
Xətai və Suraxanı rayonlarının bu ərazilərində qazın verilişində fasilə yaranacaq
Magistral qaz kəmərində aşkar edilmiş sızmanın aradan qaldırılması ilə əlaqədar oktyabrın 30-da paytaxtın Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən Day.Az-a məlumat verilib.
Bildirilib ki, qaz sızmasının aradan qaldırılması məqsədilə təmir işləri oktyabrın 30-da saat 10:00-dan başlayacaq və işlər başa çatanadək qeyd olunan ərazilərdə qazın verilişi dayandırılacaq.
Qaz təchizatı təmir işləri yekunlaşdıqdan sonra bərpa olunacaq.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре