https://news.day.az/azerinews/1871450.html Koronavirusun yeni ştammı bir neçə qitəyə yayıldı: Azərbaycanda vəziyyət necədir? Ölkə üzrə respirator virus infeksiyaları, o cümlədən COVID-19 infeksiyası ilə bağlı epidemioloji vəziyyət mütəmadi nəzarətdə saxlanılır. Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.

Koronavirusun yeni ştammı bir neçə qitəyə yayıldı: Azərbaycanda vəziyyət necədir?

Azərbaycanca, 2 ноября 2026 15:54 (UTC +04:00) 333
Koronavirusun yeni ştammı bir neçə qitəyə yayıldı:

Ölkə üzrə respirator virus infeksiyaları, o cümlədən COVID-19 infeksiyası ilə bağlı epidemioloji vəziyyət mütəmadi nəzarətdə saxlanılır.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.

Qeyd edilib ki, SARS-CoV-2 virusu digər mövsümi respirator viruslarla yanaşı ümumi epidemioloji müşahidə çərçivəsində izlənilir və bu istiqamətdə monitorinq tədbirləri davam etdirilir.

"Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri və beynəlxalq təcrübə nəzərə alınmaqla, əhalinin sağlamlığının qorunması məqsədilə müvafiq nəzarət və profilaktik tədbirlər icra olunur" - deyə əlavə edilib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni "PJ.2.1" ştammının qlobal miqyasda yayılması riskinin artdığını bəyan edib.

Məlumata görə, 2026-cı ilin mayında Kanadanın Ontario əyalətində ilk dəfə aşkarlanan bu ştam artıq Kanada, ABŞ və Avropa da daxil olmaqla, bir neçə ölkəyə və qitəyə yayılıb. Bildirilir ki, insanların ölkələrarası hərəkətinin davam etməsi fonunda virusun Rusiya da daxil olmaqla, yeni ölkələrə yayılması təhlükəsi daha da artır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости