https://news.day.az/azerinews/1871924.html Demokratlar Senata 55 mandat qazanacaq - NYT ABŞ-də keçirilən aralıq seçkilərin nəticələrinə əsasən, Demokratlar Partiyası Konqresin Senatına 55 yer əldə edəcək. Day.Az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti hesablamalarına istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Respublikaçılar Partiyası Senatda 45 mandat qazanacaq.

Demokratlar Senata 55 mandat qazanacaq - NYT

Azərbaycanca, 4 ноября 2026 12:04 (UTC +04:00) 220
Demokratlar Senata 55 mandat qazanacaq

ABŞ-də keçirilən aralıq seçkilərin nəticələrinə əsasən, Demokratlar Partiyası Konqresin Senatına 55 yer əldə edəcək.

Day.Az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti hesablamalarına istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Respublikaçılar Partiyası Senatda 45 mandat qazanacaq.

Qəzetin hesablamalarına əsasən, Konqresin Nümayəndələr Palatasında isə demokratlar 254 yerlə çoxluğu təmin edəcək, respublikaçılar isə ən azı 172 mandat əldə edəcək.

Qeyd edək ki, ABŞ-də aralıq seçkilər keçirilir. Amerikalılar Senatın və Nümayəndələr Palatasının üzvlərini seçirlər. Paralel olaraq 36 ştatda qubernator seçkiləri keçirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости