https://news.day.az/azerinews/1871957.html Əmlak vergisi üzrə büdcəyə əlavə gəlir potensialı var – Hesablama Palatası Azərbaycanda iri kommersiya obyektlərinin bir hissəsi daşınmaz əmlak kimi vergi uçotunda əsas vəsaitlərə daxil edilmədiyindən əmlak vergisinə cəlb olunmur. Bu sahədə büdcə gəlirlərinin artırılması üçün əlavə potensial mövcuddur.

Əmlak vergisi üzrə büdcəyə əlavə gəlir potensialı var – Hesablama Palatası

Azərbaycanca, 4 ноября 2026 14:24 (UTC +04:00) 235
Əmlak vergisi üzrə büdcəyə əlavə gəlir potensialı var

Azərbaycanda iri kommersiya obyektlərinin bir hissəsi daşınmaz əmlak kimi vergi uçotunda əsas vəsaitlərə daxil edilmədiyindən əmlak vergisinə cəlb olunmur. Bu sahədə büdcə gəlirlərinin artırılması üçün əlavə potensial mövcuddur.

Day.Az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Hesablama Palatasının apardığı audit zamanı hüquqi şəxslərin mülkiyyətində iri sahələrə malik daşınmaz əmlakların, o cümlədən kommersiya obyektlərinin olmasına baxmayaraq, həmin əmlakların vergi uçotunda əsas vəsaitlər kimi əks etdirilmədiyi və əmlak vergisinə cəlb olunmadığı müəyyən edilib.

"Əmlak vergisinə cəlb edilməmənin səbəbləri, bir qayda olaraq, daşınmaz əmlakların istismara buraxılış sənədləşməsində olan yubanmalarla əlaqədardır", - deyə o bildirib.

V.Gülməmmədov qeyd edib ki, 2027-ci ildə əmlak vergisi üzrə daxilolmaların ÜDM-ə nisbətinin 0,3 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости