Dövlət Neft Fondundan transfertlər azaldılsa da, 2027-ci il büdcəsinin gəlirləri artacaq - Vüqar Gülməmmədov
2027-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin artımı Dövlət Neft Fondundan transfertlərin cari illə müqayisədə azaldılması şəraitində proqnozlaşdırılır.
Day.Az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, gələn il dövlət büdcəsinin gəlirlərinin 39 milyard 254 milyon manat olacağı gözlənilir. Gəlir mənbələrinin 20-si üzrə aparılan proqnozlaşdırmaya əsasən, 15 mənbədən daxilolmaların artması, dörd mənbə üzrə azalması nəzərdə tutulub, bir mənbə isə hüquqi aktların tələblərinə uyğun olaraq ləğv edilib.
"2027-ci ildə dövlət büdcəsi gəlirlərinin artımının əsasən vergi daxilolmaları hesabına təmin ediləcəyi gözlənilir. Növbəti ildə vergi gəlirlərinin təxminən yarısının dolayı vergilər hesabına formalaşması nəzərdə tutulur", - deyə o qeyd edib.
V.Gülməmmədov bildirib ki, iqtisadi artım və inflyasiya gözləntiləri, vergi inzibatçılığının və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də qanunvericiliyə təklif olunan dəyişikliklər Dövlət Vergi Xidməti xətti ilə daxilolmaların artmasına şərait yaradacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре