https://news.day.az/azerinews/1872035.html Azərbaycanda bu internetin aylıq qiyməti 2 min manat olacaq Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərin tarifləri təsdiqlənib. Day.Az xəbər verir ki, bununla bağlı Xidmətin Kollegiyası qərar qəbul edib.

Azərbaycanda bu internetin aylıq qiyməti 2 min manat olacaq

Azərbaycanca, 4 ноября 2026 17:09 (UTC +04:00) 247
Azərbaycanda bu internetin aylıq qiyməti 2 min manat olacaq

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərin tarifləri təsdiqlənib.

Day.Az xəbər verir ki, bununla bağlı Xidmətin Kollegiyası qərar qəbul edib.

Qərarla internet, "Tetra" xüsusi radiorabitə, xüsusi rabitə, "AzStateNet" fiber-optik şəbəkəsindən istifadə və digər xidmətlərin, həmçinin qeyri-büdcə təşkilatları üçün korrespondensiyaların çatdırılması tarifləri müəyyənləşdirilib.

İnternet xidmətləri üzrə kanal tutumundan asılı olaraq hər 1 Mb/s üçün aylıq tarif 10-16 manat təşkil edir. "Tetra" xüsusi radiorabitə sisteminə qoşulma haqqı isə 80 manat müəyyən edilib.

"AzStateNet" şəbəkəsində aylıq qoşulma tarifləri 100 Mb/s sürətli Ethernet port üçün 300 manat, 1000 Mb/s üçün 600 manat, 10000 Mb/s üçün 2000 manatdır.

Tariflər ƏDV-siz göstərilib.

Qərar Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости