https://news.day.az/azerinews/1872091.html Əlcəzair və Azərbaycan 2027-ci ildə birgə komissiyanın ilk iclasını keçirməyi planlaşdırır Əlcəzair və Azərbaycan 2027-ci ildə birgə komissiyanın ilk iclasını keçirməyi planlaşdırır. Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Əlcəzairin Azərbaycandakı səfiri Zəkiyə İğil Bakıda Əlcəzair inqilabının başlanmasının 72-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib. Xəbər yenilənir...

Əlcəzair və Azərbaycan 2027-ci ildə birgə komissiyanın ilk iclasını keçirməyi planlaşdırır

Azərbaycanca, 4 ноября 2026 19:55 (UTC +04:00) 230
Əlcəzair və Azərbaycan 2027-ci ildə birgə komissiyanın ilk iclasını keçirməyi planlaşdırır

Əlcəzair və Azərbaycan 2027-ci ildə birgə komissiyanın ilk iclasını keçirməyi planlaşdırır.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Əlcəzairin Azərbaycandakı səfiri Zəkiyə İğıl Bakıda Əlcəzair inqilabının başlanmasının 72-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.

"Bu il birgə komissiyanın yaradılması ikitərəfli əməkdaşlığın inkişafında mühüm mərhələ oldu. Biz onun ilk iclasının 2027-ci ilin birinci yarısında Bakıda keçirilməsini planlaşdırırıq", - deyə səfir bildirib.

O həmçinin qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq siyasi dialoq, parlamentlərarası mübadilələr, mədəni əlaqələrin inkişafı, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət sayəsində yeni təkan qazanır.

Səfir karbohidrogenlər, təbii qaz, neft-kimya və bərpaolunan enerji sahələrində tərəfdaşlığın dərinləşdirilməsi üçün əhəmiyyətli potensialın olduğunu vurğulayıb.

"Bu baxımdan, cari ildə neft-qaz sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunun ratifikasiya edilməsini alqışlayırıq", - deyə o bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости