ABŞ “Rossiya” aviaşirkətinə qarşı məhdudiyyətləri uzadıb
ABŞ Ticarət Nazirliyi Rusiyanın "Rossiya" aviaşirkətinə qarşı 2022-ci ildə tətbiq edilmiş ixrac məhdudiyyətlərinin müddətini daha bir il uzadıb.
TASS-ın məlumatına görə, bu barədə nazirliyin ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrdə dərc edilmiş bildirişində qeyd olunub.
Məhdudiyyətlər ABŞ tərəfinin iddiasına görə, aviaşirkətin ixrac qaydalarını pozaraq sanksiyalara məruz qalan təyyarələrlə uçuşlar həyata keçirməsi ilə əlaqədardır.
Qərara əsasən, aviaşirkət ABŞ-nin ixrac nəzarəti qaydalarına tabe olan əməliyyatlarda, o cümlədən Amerika proqram təminatı və texnologiyalarının ixracı və təkrar ixracı ilə bağlı sövdələşmələrdə iştirak edə bilməz. Bu məhdudiyyətlər çərçivəsində şirkətə Amerika mallarının tədarükü üçün xüsusi lisenziya tələb olunur və belə müraciətlərin rədd edilməsi prezumpsiyası tətbiq edilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре