https://news.day.az/azerinews/1873249.html Beyin sağlamlığını qorumaq üçün səhərlər bu 5 vərdişə əməl edin Mütəxəssislər beyin fəaliyyətini və yaddaşı qorumaq üçün səhər saatlarından etibarən sağlam vərdişlərə əməl etməyi tövsiyə edirlər. Day.Az xəbər verir ki, bunun üçün günə bir stəkan su içməklə başlamaq, səhər günəş işığına çıxmaq və orqanizmin kifayət qədər maye qəbul etməsini təmin etmək vacibdir.

Beyin sağlamlığını qorumaq üçün səhərlər bu 5 vərdişə əməl edin

Azərbaycanca, 10 ноября 2026 04:27 (UTC +04:00) 318
Beyin sağlamlığını qorumaq üçün səhərlər bu 5 vərdişə əməl edin

Mütəxəssislər beyin fəaliyyətini və yaddaşı qorumaq üçün səhər saatlarından etibarən sağlam vərdişlərə əməl etməyi tövsiyə edirlər.

Day.Az xəbər verir ki, bunun üçün günə bir stəkan su içməklə başlamaq, səhər günəş işığına çıxmaq və orqanizmin kifayət qədər maye qəbul etməsini təmin etmək vacibdir.

Digər tövsiyələr arasında telefon və kompüter qarşısında keçirilən vaxtı azaltmaq, səhərlər fiziki hərəkətlər etmək və insanlarla ünsiyyətə vaxt ayırmaq yer alır. Bu vərdişlər diqqətin, yaddaşın və idrak funksiyalarının qorunmasına, həmçinin yuxu rejiminin yaxşılaşmasına kömək edə bilər.

Mütəxəssislər, həmçinin günə qidalı səhər yeməyi ilə başlamağın vacibliyini vurğulayırlar. Zülal, vitamin və faydalı qidalarla zəngin səhər yeməyi enerji səviyyəsini qorumağa kömək edir. Şəkərli məhsulların və xəmir yeməklərinin isə məhdudlaşdırılması tövsiyə olunur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости