https://news.day.az/azerinews/1873296.html Əbu-Dabi danışıqlarında əsas mövzu təhlükəsizlik olacaq - Lavrov Rusiya ABŞ dövlət katibi Marko Rubionun Əbu-Dabidə Ukrayna ilə bağlı keçiriləcək danışıqlarda əsas prioritetin tərəflərin təhlükəsizliyinin təmin edilməsi olacağına dair açıqlamasını alqışlayır. TASS-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.

Əbu-Dabi danışıqlarında əsas mövzu təhlükəsizlik olacaq - Lavrov

Azərbaycanca, 9 ноября 2026 16:41 (UTC +04:00) 331
Əbu-Dabi danışıqlarında əsas mövzu təhlükəsizlik olacaq

Rusiya ABŞ dövlət katibi Marko Rubionun Əbu-Dabidə Ukrayna ilə bağlı keçiriləcək danışıqlarda əsas prioritetin tərəflərin təhlükəsizliyinin təmin edilməsi olacağına dair açıqlamasını alqışlayır.

TASS-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.

 

O qeyd edib ki, Əbu-Dabidə keçiriləcək danışıqların gündəliyində ilk növbədə, Rusiyanın, Ukraynanın və bütövlükdə regionun təhlükəsizliyi məsələləri yer alır.

"Mən Marko Rubionun Ukrayna münaqişəsi ətrafındakı vəziyyətlə bağlı Əbu-Dabidə keçiriləcək danışıqlarda təhlükəsizlik məsələlərinin əsas əhəmiyyət kəsb edəcəyi barədə bəyanatlarını eşitmişəm. Üstəlik, Əbu-Dabidəki danışıqların gündəliyində ilk məsələ kimi Rusiyanın, Ukraynanın və bütövlükdə bu regionun təhlükəsizliyi nəzərdə tutulub. Biz bu yanaşmanı yalnız alqışlayırıq", - deyə Lavrov vurğulayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости