https://news.day.az/azerinews/1873522.html 650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi - VİDEO Onlayn qumar və mərc oyunlarına qarşı DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla saxlanılan 43 yaşlı Həsən Səbili məhkəmə qarşısına çıxarılıb. Day.Az xəbər verir ki, o, Cinayət Məcəlləsinin 193-1.3.2, 244-1.2.2 və 244-1.2.4-cü maddələri üzrə təqsirli bilinib.

650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi - VİDEO

Azərbaycanca, 11 ноября 2026 10:17 (UTC +04:00) 215
650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi

Onlayn qumar və mərc oyunlarına qarşı DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla saxlanılan 43 yaşlı Həsən Səbili məhkəmə qarşısına çıxarılıb.

Day.Az xəbər verir ki, o, Cinayət Məcəlləsinin 193-1.3.2, 244-1.2.2 və 244-1.2.4-cü maddələri üzrə təqsirli bilinib.

Məlum olub ki, H.Səbili 2025-ci il ərzində müxtəlif maliyyə əməliyyatları aparmaqla 646761,33 manat məbləğində pul vəsaitlərinin izinin itirilməsinə nail olub. Bu üsulla müştərilərin "7isles" adlı onlayn kazino veb saytında qumar oyunu oynamalarını təmin etməklə internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edərək qumar oyunları təşkil etmək və keçirməklə ümumilikdə xeyli miqdarda, yəni 646761,33 manat pul vəsaitini leqallaşdırıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H. Səbiliyə 7 il 6 ay həbs cəzası verilib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости