Məzuniyyət hüququ ilə bağlı ŞAD XƏBƏR - yeni qərar gözlənilir - VİDEO
İşçilərin əmək hüquqlarının qorunmasında məzuniyyət hüququ xüsusi əhəmiyyət daşıyır. Lakin bəzi əməkdaşlar istirahət etmək əvəzinə istifadə etmədikləri məzuniyyət günlərinin pul kompensasiyasını almağa üstünlük verirlər.
Day.Az xəbər verir ki, noyabrın 11-də Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin iclasında əmək məzuniyyətinin pulla əvəz edilməsinin qadağan olunması təklifi irəli sürülüb.
Təklifə əsasən, əmək münasibətlərinə xitam verilməsi halları istisna olmaqla, məzuniyyət günlərinin pul kompensasiyası ilə əvəzlənməsi qadağan edilə bilər.
Mütəxəssislərin fikrincə, bu dəyişiklik işçilərin sağlamlığının qorunması, əmək məhsuldarlığının artırılması və istirahət hüququnun təmin edilməsi baxımından əhəmiyyətlidir. Bununla belə, məzuniyyət əvəzinə əlavə gəlir əldə etməyə ehtiyacı olan işçilər üçün müəyyən maliyyə çətinlikləri yarana bilər. Digər tərəfdən, işəgötürənlər məzuniyyət qrafiklərini yenidən tənzimləməli və iş prosesinin fasiləsizliyini təmin etməlidirlər.
Beləliklə, məzuniyyət hər kəs üçün fərqli məna daşıyır: kimisi üçün istirahət və ailə ilə vaxt keçirmək, kimisi üçün isə əlavə gəlir mənbəyidir. Yeni dəyişikliklərin əsas məqsədi isə işçilərin əmək hüquqlarını qorumaq, onların sağlamlığını və istirahət hüququnu təmin etməkdir.
Ətraflı "APA TV"-nin videonaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре