Azərbaycan-Türkiyə münasibətləri bundan sonra da möhkəm olacaq - Ceyhun Bayramov
Azərbaycan-Türkiyə münasibətləri indi də möhkəmdir və gələcəkdə də belə davam edəcək.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniya xarici işlər naziri Johann David Vadephulla birgə brifinqdə çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, hər bir dövlətdə müəyyən proseslər gedir, hər bir cəmiyyətin özünəməxsus inkişaf trayektoriyası mövcuddur.
"Belə qardaşlıq münasibətləri onu istisna etmir ki, həmin cəmiyyətlərdə digər ölkələrdəki hadisələrə fərqli münasibətlər ola bilər. Azərbaycanın bu xüsusda mövqeyi açıqdır: ölkəmiz öz inkişaf modelinə uyğun addım atır. Hesab edirik ki, iki ölkə arasındakı qardaşlıq münasibətləri bundan sonra da möhkəm olacaq və uğurla davam edəcək. Bunun ən bariz göstəricisi Türkiyə Prezidentinin Zəfər Günündə Azərbaycana səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə verdikləri mesajlardır",- deyə o bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре