https://news.day.az/azerinews/1875335.html Putin NATO-nun 1997-ci ilin sərhədlərinə qayıtmasını tələb edir - KİV Rusiya ABŞ ilə Ukrayna məsələsi üzrə danışıqlarda NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını, bunun müqabilində isə öz qoşunlarını Kalininqrad vilayətindən çıxarmağı təklif edib. Day.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumatlı mənbələrə istinadən xəbər verir.

Putin NATO-nun 1997-ci ilin sərhədlərinə qayıtmasını tələb edir - KİV

Azərbaycanca, 18 ноября 2026 17:52 (UTC +04:00) 370
Putin NATO-nun 1997-ci ilin sərhədlərinə qayıtmasını tələb edir

Rusiya ABŞ ilə Ukrayna məsələsi üzrə danışıqlarda NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını, bunun müqabilində isə öz qoşunlarını Kalininqrad vilayətindən çıxarmağı təklif edib.

Day.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumatlı mənbələrə istinadən xəbər verir.

Mənbələrin sözlərinə görə, ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner Avropadakı müttəfiqlərinə belə bir ideya təqdim ediblər. Onlar Ukraynada müharibənin başa çatdırılması çərçivəsində NATO ilə bağlı yeni təkliflərin və Avropada qoşunların yerləşdirilməsi məsələsinin nəzərdən keçirilməsində israr edirlər. Bununla yanaşı, amerikalı danışıqlar aparan şəxslər Kiyevdən Şimali Atlantika Alyansına üzvlük müqabilində Donbasdan imtina etməyə hazır olub-olmadığını da soruşublar.

Uitkoff və Kuşnerin noyabrın 19-da Berlində Ukrayna və Avropa rəsmiləri ilə görüşərək müharibədən sonrakı dövrdə Kiyev üçün təhlükəsizlik təminatlarını müzakirə edəcəyi gözlənilir. Bundan sonra "Bloomberg"in mənbələrindən birinin sözlərinə görə, diqqət ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların yeni raunduna, eləcə də avropalıların iştirakı ilə keçiriləcək görüşlərə yönələcək.

Bununla belə, Aİ liderləri amerikalıların təkliflərini rədd ediblər. Lakin agentliyin həmsöhbətlərindən bəziləri Ukraynanın razılaşacağı təqdirdə dəyişdirilmiş sərhədlərlə alyansa üzv olması variantını mümkün hesab ediblər.

Bundan əvvəl The Telegraph nəşrinin mənbələri bildirmişdilər ki, Putin NATO-nun şərqə doğru genişlənməsindən imtinasını müzakirə etmək üçün Avropa nümayəndələrinin sülh prosesinə cəlb olunmasını təklif edib. Noyabrın 11-də Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna arasında keçirilən üçtərəfli danışıqlarda Rusiya nümayəndə heyəti müharibənin başa çatdırılması üçün Şimali Atlantika Alyansının 1997-ci ildən sonra ona qoşulmuş ölkələrdəki hərbi mövcudluğunun azaldılmasını tələb edib. Bundan əlavə, Moskva nümayəndələri hərbi blokun Ukrayna və digər postsovet dövlətləri ilə əməkdaşlığı azaltmalı olduğunu bildiriblər. Rusiya Prezidenti Administrasiyası rəhbərinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi Kreml nümayəndə heyəti bu tələbləri Rusiya üçün "təhlükəsizlik təminatları" kimi irəli sürüb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости