https://news.day.az/azerinews/1875340.html Pivə və tünd spirtli içkilər böyrəklərə zərər verə bilər – Araşdırma Alimlərin araşdırmasına görə, pivə və yüksək alkoqollu içkilərin qəbulu kəskin böyrək zədələnməsi riskini artıra bilər. Day.Az xəbər verir ki, Scientific Reports jurnalında dərc olunan tədqiqatda həftədə 9 vahid tünd spirtli içki qəbul edənlərdə bu riskin həftədə 1 vahid qəbul edənlərlə müqayisədə 26 faiz yüksək olduğu müəyyən edilib.

Pivə və tünd spirtli içkilər böyrəklərə zərər verə bilər – Araşdırma

Azərbaycanca, 19 ноября 2026 01:38 (UTC +04:00) 278
Pivə və tünd spirtli içkilər böyrəklərə zərər verə bilər

Alimlərin araşdırmasına görə, pivə və yüksək alkoqollu içkilərin qəbulu kəskin böyrək zədələnməsi riskini artıra bilər.

Day.Az xəbər verir ki, Scientific Reports jurnalında dərc olunan tədqiqatda həftədə 9 vahid tünd spirtli içki qəbul edənlərdə bu riskin həftədə 1 vahid qəbul edənlərlə müqayisədə 26 faiz yüksək olduğu müəyyən edilib. Həftədə 24 vahid pivə içənlərdə isə risk 3 vahid qəbul edənlərlə müqayisədə 15 faiz çox olub.

Araşdırmada həftədə 14 vahiddən az qırmızı və ya ağ şərab qəbulunun böyrək zədələnməsi riskini artırmadığı bildirilib. Lakin bu miqdardan artıq şərab içənlərdə də riskin yüksəldiyi qeyd olunub. Tədqiqatçılar alkoqol qəbulu ilə kəskin böyrək zədələnməsi arasında əlaqə aşkar etsələr də, bunun birbaşa səbəb-nəticə əlaqəsi olduğunu sübut etməyiblər.

Mütəxəssislər nəticələrin ehtiyatla qiymətləndirilməsini tövsiyə edirlər. Bildirilir ki, kəskin böyrək zədələnməsi xroniki böyrək çatışmazlığına və vaxtından əvvəl ölüm riskinin artmasına səbəb ola bilər. Ekspertlər həmçinin vurğulayırlar ki, şərabın digər spirtli içkilərdən daha təhlükəsiz olduğu qənaətinə gəlmək düzgün deyil.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости