ChatGPT ailə münaqişələrində yeni problemə çevrilir: Boşanmalara səbəb olur
Süni intellekt çatbotlarının şəxsi münasibətlərə təsiri ailə psixoterapevtləri və boşanma üzrə hüquqşünasları narahat etməyə başlayıb.
Day.Az xəbər verir ki, Bloomberg-in məlumatına görə, bəzi insanlar ailə mübahisələrində haqlı olduqlarını sübut etmək və qarşı tərəfin fikirlərini təkzib etmək üçün ChatGPT-yə müraciət edirlər.
Bəzi cütlüklər süni intellektlə yazışmaları mübahisələrdə sübut kimi təqdim edir. Hətta bir hüquqşünas ərinin çatbotla yazışmalarını fleş-diskdə məhkəməyə gətirən qadının işi barədə danışıb. Ailə problemləri ilə bağlı başlayan söhbətin sonradan flört xarakteri aldığı bildirilib. Bəzi hallarda isə tərəfdaşlardan birinin çatbotdan emosional dəstək alması digəri tərəfindən xəyanət kimi qəbul edilir.
Bununla belə, süni intellekt bütün münasibətlərə mənfi təsir göstərmir. Bəzi cütlüklər ChatGPT və Claude-dan mübahisə zamanı göndərdikləri mesajları daha yumşaq və nəzakətli formada hazırlamaq üçün istifadə edirlər. Mütəxəssislər isə şəxsi münasibətlərdə süni intellektin insan ünsiyyətini əvəz etməməsinin vacibliyini vurğulayırlar.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре