https://news.day.az/azerinews/1875388.html Ceyhun Bayramov ABŞ nümayəndəsi ilə Strateji Tərəfdaşlıq Xartiyası və TRIPP layihəsini müzakirə edib - FOTO Noyabrın 18-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounu qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Ceyhun Bayramov ABŞ nümayəndəsi ilə Strateji Tərəfdaşlıq Xartiyası və TRIPP layihəsini müzakirə edib - FOTO

Azərbaycanca, 18 ноября 2026 20:33 (UTC +04:00) 361
Ceyhun Bayramov ABŞ nümayəndəsi ilə Strateji Tərəfdaşlıq Xartiyası və TRIPP layihəsini müzakirə edib

Noyabrın 18-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounu qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, habelə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq istiqamətləri üzrə konkret layihələrin perspektivlərini nəzərdən keçiriblər.

Bununla yanaşı, regional bağlantıların, Orta Dəhlizin və nəqliyyat-logistika imkanlarının inkişafı məsələləri müzakirə olunub. Bu çərçivədə, eyni zamanda TRIPP layihəsinin regional nəqliyyat və iqtisadi bağlantıların gücləndirilməsinə, habelə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsinə töhfəsi vurğulanıb.

Görüşdə həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də digər qarşılıqlı maraq doğuran istiqamətlər ətrafında da fikir mübadiləsi aparılıb.

  • Ceyhun Bayramov ABŞ nümayəndəsi ilə Strateji Tərəfdaşlıq Xartiyası və TRIPP layihəsini müzakirə edib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости