https://news.day.az/azerinews/1875410.html "Nənəmin təndiri"ndə yanğın oldu Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə Day.Az-a nazirlikdən məlumat verilib. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

"Nənəmin təndiri"ndə yanğın oldu

Azərbaycanca, 18 ноября 2026 23:42 (UTC +04:00) 174
"Nənəmin təndiri"ndə yanğın oldu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Day.Az-a nazirlikdən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində çörəkbişirmə sexi kimi fəaliyyət göstərən obyektin tüstü bacasında baş vermiş yanğının genişlənərək obyektə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexin tüstü bacası və ətrafı 4 kvadratmetr sahədə yanıb.

Xəsarət alan olmayıb. Obyekt yanğından mühafizə olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости