https://news.day.az/azerinews/1875411.html Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq - VİDEO Azərbaycanda mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq.

Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq - VİDEO

Azərbaycanca, 18 ноября 2026 23:33 (UTC +04:00) 188
Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq

Azərbaycanda mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq.

Day.Az Xəzər TV-yə istinadən bildirir ki, Milli Məclisdə müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsinə əsasən, vətəndaşlardan nağdsız qaydada alınan mənzillərin təkrar satışı zamanı ƏDV-nin bütün satış qiymətindən deyil, yalnız satıcının qazancından hesablanması təklif olunur.

Daşınmaz əmlak üzrə ekspert Firdovsi Xəlilovun sözlərinə görə, bu təklifin fərqi ondadır ki, əvvəlki təşəbbüslər, adətən, qiymət artımı ilə müşayiət olunurdu. Bu dəfə isə daşınmaz əmlakın alınıb təmir edilərək yenidən satılması zamanı alış və satış qiymətləri arasındakı fərqin vergiyə cəlb olunması nəzərdə tutulur.

Ekspert deyir ki, yeni təkliflər qüvvəyə mindikdən sonra təmir və broker şirkətlərinin balanslarında olan likvid vəsaitlərin əmlak bazarına yönəldilməsi gözlənilir. Şirkətlər aldıqları əmlakı daha yüksək qiymətə satdıqları halda qiymət fərqindən vergi ödəyəcək, təmir işləri apardıqda isə xərclər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanacaq. Bununla belə, ekspert hesab edir ki, bu dəyişikliklərin ikinci əl mənzil bazarında qiymətlərin enməsinə və ya sabitləşməsinə gətirib çıxaracağı gözlənilmir. Bu qaydanın alındıqdan sonra 3 il ərzində nağdsız qaydada satılan mənzillərə şamil edilməsi nəzərdə tutulur.

Yeni vergi mexanizminin tətbiqi ilə mənzil bazarında daha əlverişli şəraitin yaradılması, satış əməliyyatlarının şəffaflığının artırılması və vergi yükünün iqtisadi mahiyyətə uyğunlaşdırılması hədəflənir. Eyni zamanda, bu yanaşmanın orta və uzunmüddətli perspektivdə vergi daxilolmalarına müsbət təsir göstərəcəyi gözlənilir.

Daha ətraflı videomaterialı təqdim edirik.

Azərbaycanda mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq. Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Milli Məclisdə müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsinə əsasən, vətəndaşlardan nağdsız qaydada alınan mənzillərin təkrar satışı zamanı ƏDV-nin bütün satış qiymətindən deyil, yalnız satıcının qazancından hesablanması təklif olunur. Daşınmaz əmlak üzrə ekspert Firdovsi Xəlilovun sözlərinə görə, bu təklifin fərqi ondadır ki, əvvəlki təşəbbüslər, adətən, qiymət artımı ilə müşayiət olunurdu. Bu dəfə isə daşınmaz əmlakın alınıb təmir edilərək yenidən satılması zamanı alış və satış qiymətləri arasındakı fərqin vergiyə cəlb olunması nəzərdə tutulur. Ekspert deyir ki, yeni təkliflər qüvvəyə mindikdən sonra təmir və broker şirkətlərinin balanslarında olan likvid vəsaitlərin əmlak bazarına yönəldilməsi gözlənilir. Şirkətlər aldıqları əmlakı daha yüksək qiymətə satdıqları halda qiymət fərqindən vergi ödəyəcək, təmir işləri apardıqda isə xərclər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanacaq. Bununla belə, ekspert hesab edir ki, bu dəyişikliklərin ikinci əl mənzil bazarında qiymətlərin enməsinə və ya sabitləşməsinə gətirib çıxaracağı gözlənilmir. Bu qaydanın alındıqdan sonra 3 il ərzində nağdsız qaydada satılan mənzillərə şamil edilməsi nəzərdə tutulur. Yeni vergi mexanizminin tətbiqi ilə mənzil bazarında daha əlverişli şəraitin yaradılması, satış əməliyyatlarının şəffaflığının artırılması və vergi yükünün iqtisadi mahiyyətə uyğunlaşdırılması hədəflənir. Eyni zamanda, bu yanaşmanın orta və uzunmüddətli perspektivdə vergi daxilolmalarına müsbət təsir göstərəcəyi gözlənilir. Daha ətraflı videomaterialı təqdim edirik.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости