https://news.day.az/azerinews/1876422.html Azərbaycanla Özbəkistan arasında birgə komanda-qərargah təlimi keçirilir - FOTO "Azərbaycan ilə Özbəkistan respublikaları Müdafiə nazirlikləri arasında imzalanan 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı"na əsasən, iki ölkə arasında "Məharət - IV" kompüter dəstəkli birgə komanda-qərargah təlimi keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycanla Özbəkistan arasında birgə komanda-qərargah təlimi keçirilir - FOTO

Azərbaycanca, 23 ноября 2026 13:49 (UTC +04:00) 150
Azərbaycanla Özbəkistan arasında birgə komanda-qərargah təlimi keçirilir

"Azərbaycan ilə Özbəkistan respublikaları Müdafiə nazirlikləri arasında imzalanan 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı"na əsasən, iki ölkə arasında "Məharət - IV" kompüter dəstəkli birgə komanda-qərargah təlimi keçirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlimə hər iki ölkədən ümumilikdə 100-dən çox hərbi qulluqçu cəlb olunub.

Təlimin keçirilməsində əsas məqsəd Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında hərbi təhsil və döyüş hazırlığı sahəsində əməkdaşlığı gücləndirmək, komandirlərin hərbi qərarvermə bacarıqlarını təkmilləşdirmək, qərargah fəaliyyətləri və əməliyyatların planlaşdırılması prosesi üzrə təcrübə mübadiləsi aparmaqdan ibarətdir.

Qeyd edək ki, "Məharət - IV" kompüter dəstəkli birgə komanda-qərargah təlimi noyabrın 28-dək davam edəcək.

  • Azərbaycanla Özbəkistan arasında birgə komanda-qərargah təlimi keçirilir

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости