https://news.day.az/azerinews/1876444.html Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır Xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün leytenant hərbi rütbəsində olma müddəti yeni qaydada tənzimlənəcək. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiqləyib.

Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır

Azərbaycanca, 23 ноября 2026 14:17 (UTC +04:00) 205
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır

Xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün leytenant hərbi rütbəsində olma müddəti yeni qaydada tənzimlənəcək.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiqləyib. 

Qanuna əsasən, leytenant hərbi rütbəsində olma müddəti təhsil müddəti 5 il olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün - 2 il (aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün - 1 il), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi digər hallarda - 1 il müəyyən ediləcək.

Hazırda qüvvədə olan qanuna görə, təhsil müddəti 5 il və daha çox olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün leytenant hərbi rütbəsində olma müddəti 1 il müəyyən edilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости