“Sabah” “Barselona”ya böyük hesabla məğlub oldu - VİDEO
23:34
"Sabah" futbol komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda İspaniyanın "Barselona" klubunu qəbul edib.
İdman.Biz xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma Kataloniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün ilk hissəsində "Sabah" yüzfaizli qol imkanından yararlana bilməyib. Azərbaycan çempionunun qapıçısı Stas Pokatilov isə inamlı seyvlə rəqibin fərqlənməsinə mane olub.
Qarşılaşmanın 31-ci dəqiqəsində Entoni Qordon hesabı açıb. "Barselona"nın bundan sonra vurduğu daha bir qol ofsayt səbəbindən qeydə alınmayıb.
İkinci hissədə qonaqlar doqquz dəqiqə ərzində üç qol vurublar. Qordon 51-ci dəqiqədə dubl edib, 55-ci dəqiqədə Karim Adeyemi, 60-cı dəqiqədə isə Qabriel Jezus fərqlənib.
"Sabah"ın yeganə qolunu 63-cü dəqiqədə Kristian Nvaçukvunun ötürməsindən sonra Coy-Lens Mikels vurub.
Qarşılaşmanın 76-cı dəqiqəsində isə zədələnən Akim Zedadkanı Tellur Mütəllimov əvəzləyib.
Beləliklə, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda beş oyunda bir qələbə qazanıb və dörd məğlubiyyət alıb. Azərbaycan çempionunun aktivində üç xal var.
"Sabah" növbəti turda dekabrın 8-də səfərdə İspaniyanın "Vilyareal" komandası ilə qarşılaşacaq.
23:06
"Sabah"ın futbolçusu Coy-Lens Mikels "Barselona" ilə qarşılaşmanın 63-cü dəqiqəsində Kristian Nvaçukvunun ötürməsindən sonra fərqlənərək hesab arasındakı fərqi azaldıb - 1:4.
23:02
"Barselona"nın futbolçusu Qabriel Jezus "Sabah"la qarşılaşmanın 60-cı dəqiqəsində komandasının dördüncü qolunu vurub.
22:57
"Barselona"nın futbolçusu Karim Adeyemi "Sabah"la qarşılaşmanın 55-ci dəqiqəsində Alexandro Baldenin ötürməsindən sonra hesabı 3:0-a çatdırıb.
22:53
"Barselona"nın futbolçusu Entoni Qordon "Sabah"la qarşılaşmanın 51-ci dəqiqəsində dubl edərək hesabı 2:0-a çatdırıb.
22:31
UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda keçirilən "Sabah" - "Barselona" qarşılaşmasının birinci hissəsi başa çatıb.
İdman.Biz xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən görüşün ilk hissəsi İspaniya təmsilçisinin 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
Qonaqların heyətində 31-ci dəqiqədə Entoni Qordon fərqlənib.
22:16
"Barselona"nın futbolçusu Entoni Qordon "Sabah"la qarşılaşmanın 31-ci dəqiqəsində hesabı açıb - 0:1.
21:45
UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda "Sabah" və "Barselona" arasında qarşılaşma başlayıb.
İdman.Biz xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən görüşü şotlandiyalı FIFA referisi Nikolas Uolş idarə edir.
Azərbaycan çempionu turnirdə ikinci qələbəsini qazanmaq uğrunda mübarizə aparır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре