https://news.day.az/azerinews/1877191.html 8-ci mərtəbədə qapalı qalan azyaşlı belə xilas edildi - VİDEO Bakıda yaşayış binasında mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib. Day.Az xəbər verir ki, hadisə Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən doqquzmərtəbəli binada baş verib. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında əraziyə xilasedicilər cəlb olunub.

8-ci mərtəbədə qapalı qalan azyaşlı belə xilas edildi - VİDEO

Azərbaycanca, 26 ноября 2026 09:42 (UTC +04:00) 177
8-ci mərtəbədə qapalı qalan azyaşlı belə xilas edildi

Bakıda yaşayış binasında mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib.

Day.Az xəbər verir ki, hadisə Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən doqquzmərtəbəli binada baş verib.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında əraziyə xilasedicilər cəlb olunub.

FHN əməkdaşları alpinist ləvazimatlarından istifadə edərək binanın 8-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olublar.

2019-cu il təvəllüdlü uşaq xilas edilərək valideynlərinə təhvil verilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости