https://news.day.az/azerinews/1877577.html Azərbaycanda QHT-lər üçün yeni tələb: Yalnız bir növ seçmək mümkün olacaq Azərbaycanda ictimai birlik və fondların yalnız bir növ üzrə yaradılması təklif edilir. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Azərbaycanda QHT-lər üçün yeni tələb: Yalnız bir növ seçmək mümkün olacaq

Azərbaycanca, 27 ноября 2026 13:42 (UTC +04:00) 295
Azərbaycanda QHT-lər üçün yeni tələb:

Azərbaycanda ictimai birlik və fondların yalnız bir növ üzrə yaradılması təklif edilir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, ictimai birliklər peşə, sosial-humanitar, mədəniyyət və incəsənət, təhsil və elm, ekologiya, hüquq, iqtisadi sahələr üzrə, eləcə də qanunla müəyyən edilmiş digər növlərdə yaradıla biləcəklər.

Fondların isə ictimai faydalı fond, xeyriyyə fondu və qanunla müəyyən edilmiş digər növlərdə yaradılması nəzərdə tutulur.

Dəyişiklik layihəsində qeyd olunur ki, ictimai birlik və fond yalnız bir növdə yaradıla biləcək.

Hazırda qüvvədə olan qanunvericilikdə QHT-lərin növləri konkret olaraq təsnif edilmir. Mövcud qanuna əsasən, qeyri-hökumət təşkilatları daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis oluna bilərlər. Təklif olunan dəyişikliklə isə ictimai birlik və fondların fəaliyyət istiqamətlərinə uyğun növlər üzrə təsnifləşdirilməsi nəzərdə tutulur.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости