Pərvinin döyməsi, Niyaməddin Musayevin 500 manatlıq istirahəti - HƏFTƏBECƏR
Day.Az представляет новость на азербайджанском языке
Day.Az Milli.Az-a istinadən jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (134-cü say) təqdim edir.
Bilirəm, istidir. Heç bəlkə yazı oxumaq həvəsində də deyilsiniz. Ancaq mən bu yazını bir başqa həvəslə yazmışam.
Saytlarda bir xəbər başlığı diqqətimi çəkdi. Yazmışdılar ki, aktrisa Pərvin sinəsinə döymə etdirdi. Mən də bölgə adamıyam axı. Bilənlər bilir ki, döymə bəzi yerlərdə lülə kababa deyirlər. Düşündüm ki, yayın bu cırhacırında Pərvin lülə kabab fotosunu neynəyir? Özü də harasına-harasına, sinəsinə.
Qulpqoyan dayı deyir ki, bala, soruş gör bunu hansı ustaya elətdirib?
Mənim başım "Həftəbecər"ə qarışıb. Qulpqoyan dayı da o tərəfdə telefonla girib internetə. Deyir, bala, buzov film izləyib. Deyirəm nə? Açıb baxam ki nə? Rusiyanın məşhur aparıcı və müğənnisi Olqa Buzova Bakıda film izləyib. Saytlar da başlığı aparıcının soyadıyla bağlı veriblər. Kişi də dirəşib ki, yox e, buzov kinoya baxıb.
Faytonçu Nazim deyib ki, hələ bərkgedən müğənnilərdən olmadığına görə Türkiyədə villası yoxdur:
"Sənət dostlarım toya 10-15 min manata gedirlər, mənsə 5-6 minə. Onların öz prodüserləri var, toylarını da onlar danışır. Deyir, qardaş qiymət budur, çağırırsan çağır, çağırmırsan, özün bil. Mənim prodüserim yoxdur, bütün işlərimlə özüm məşğul oluram, toylarımı da özüm danışıram. Amma narazı deyiləm, az olsun, həmişə olsun. Mənim də imkanım onlarınkı kimi olanda Türkiyədə evim də olacaq, villam da".
Deyirəm, kaş hamınınızın dərdi Türkiyədə villa dərdi olaydı, hə? Adam deyir ki, 5-6 minə toya gedirəm. Yəni guya bu pis qiymətdir də.
Nadir Qafarzadə ən çox tənqid etdiyim sənətçilərdəndir. Ancaq bu açıqlamasıyla sizin də ürəyinizdə tikan çıxaracaq. Fikir vermisinizsə, bəzi sənətçilər toylarını guya qapalı keçirirlər. Bax, Nadir də onlar haqda danışıb:
"Toylarında həyat yoldaşlarını çəkməyə qoymurlar, qapalı edirlər. Amma sonra çıxıb deyirlər arvadım hamilədir, uşağım olacaq. Bunun özü də bir biabırçılıqdır. Əgər gizlədirsənsə, bunu da çıxıb efirdə demə. Həm ailəni, xanımını niyə gizlətməlisən ki?"
Məncə, yetərincə haqlı və əsaslı iraddır. Siz necə düşünürsüz?
Azərbaycanlı məşhur sənət adamlarından soruşublar ki, istirahətə nə qədər xərcləyirsiniz? Niyaməddin Musayev 500 manat deyib. Digər sənət adamları 5 min-20 min arasında rəqəmlər səsləndiriblər. Sizi inandırım ki, bəlkə də o 20 min deyənlərin ciblərindən istirahət üçün 200 manatları da çıxmayıb. Elə siyahıda axırıncı olan Niyaməddin müəllim bunlardan daha çox pul xərcləyib istirahətinə. İmişlililər demişkən, dağallıq eləməsək, olmur da.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре