Bakıda polisi güllələyib qaçan şəxs məhkəməyə müraciət etdi

Day.Az представляет новость на азербайджанском языке
2002-ci ildə Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Eldar Zeynalovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Day.Az APA-ya istinadən xəbər verir ki, cinayət işinə Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə baxılacaq.
Məhkəmənin ilkin baxışı sentyabrın 14-nə təyin edilib.
İttihama əsasən, E. Zeynalov 3 fevral 2002-ci ildə tanışları - Bağırov Mehman Osman oğlu, Bağırov İlham Osman oğlu, Ağamirzəyev Zakir Yaqub oğlu ilə digər tanışı Alışov Etibar Tofiq oğlunun idarə etdiyi avtomobildə Mehman Bağırovun Zakir Ağamirzəyevi qəsdən öldürməsinin şahidi olub.
Bundan sonra istintaqdan yayınmaq məqsədilə M. Bağırov və İ. Bağırovla birlikdə Bakı şəhərində yerləşən mənzillərdən birində gizlənib. Həmin il fevralın 9-da hadisəni araşdırmaq məqsədilə mənzilə gələn polis əməkdaşlarına evdə olan "Makarov" tipli tapançadan atəş açıb. Nəticədə polis əməkdaşı Məhəmməd Ağayev ağır yaralanıb. Xəstəxanaya çatdırılan M. Ağayevi xilas etmək mümkün olub.
Digər şəxslər həbs olunsa da, E. Zeynalov hadisə yerindən qaçaraq Rusiyaya gedib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Zeynalov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре