"TikTok” videosu çəkmək istəyirdi, canından oldu

Avstriyada "TikTok" üçün video çəkmək istəyən 4 gənc körpüyə çırpılıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Avstriyada "TikTok" üçün video çəkmək istəyən 4 gənc hərəkətdə olan qatarın damına çıxaraq təxminən 50 km/saat sürətlə körpüyə çırpılıb.

Körpüyə çırpılan iki nəfərdən biri - 17 yaşlı gənc xəstəxanaya yerləşdirildikdən 3 gün sonra dünyasını dəyişib, digərlərinin vəziyyəti yaxşıdır.

Həmin dəhşətli anları təqdim edirik: