Nisə Qasımovadan nümunəvi addım - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Uzun müddətdir küsülü olan xalq artistləri Nisə Qasımova və Faiq Ağayev barışıb.
axşam.az xəbər verir ki, N.Qasımova "Mənim dünyam" adlı verilişinə F.Ağayevi dəvət edib.
F.Ağayev onların arasını vurmaq istəyənlərin olduğunu deyib: "Aramızda sərin külək əsmişdi. Nisə xanımın sənəti boyda ürəyi var. Ola bilsin ki, onun da qəlbinə nəsə dəysin. Onu çox istəyirəm, o da qarşılığını göstərir. İnsanlığından, şəxsiyyətindən danışsaq, çox düzgün insandır. Yəqin kimsə aramızı vurmağa çalışdı. Nisə xanım da gördü ki, bu mənasızdır".
N.Qasımova müğənnini çox istədiyini bildirib:
"Mən uşaq deyiləm. Uzun müddətdir bu sənətdəyəm. Faiqlə küsülü olanda onun ailəsinə biganə deyildim. Allah buna şahiddir. İnsan bir ömür yaşayır. İknici dəfə o həyata qayıtmırıq. Səmimi addım atdıq. Bu, örnək deyil. Sadəcə, düşündüm ki, hər zaman çox istədiyim dostumla niyə küsülü qalım".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

