"Həyat yoldaşlarım haqqımda eşitdiklərini..."
Day.Az представляет новость на азербайджанском языке
Xalq artisti Flora Kərimova heç vaxt xoşbəxt olmadığını deyib.
Axşam.az-ın xəbərinə görə, sənətçi "Onlar"a açıqlamasında dünyasını dəyişən həyat yoldaşlarından danışıb:
"Mən xoşbəxt olmamışam, həmişə üşümüşəm. Mən həyat yoldaşı kimi xoşbəxt olmuşam, qadın olaraq yox. Bir stressin əziyyətini aylarla, illərlə çəkirdim. Rahat günlərimdən qorxurdum ki, sonra tufan olacaq. Mənim bir neçə ailəm olub. Ancaq yaradan verib, sonra alıb. Bir neçə dəfə tabut dalınca getmişəm, amma sınmamışam. Həyat yoldaşlarım dünyadan köçəndə onları ağlamışam. Hərdən düşünürlər ki, Flora Kərimova bədbəxtlik gətirən qadındır, yox, mən sadəcə qadınam".
F.Kərimova heç vaxt həyat yoldaşlarının onun haqqında yayılan şayiələrə inanmadıqlarını deyib:
"Haqqımda şayiələr yayılsa da, qismətlərimin biri də o sözə-söhbətə inanmayıb, biri də üzümə nəyisə vurmayıb, eşitdiyini həqiqət kimi qəbul etməyib. Kişi yaxşı qadından getməz. Qadına ailədə səbr lazımdır. Çox qadınlarla mübarizə aparmışam. Kişini evdə qadıının ağlı saxlayır. Qadın dözməməli, müdriklik etməlidir. Dözmək köləlikdir. 17 il qızımın atası ilə həyat yolu keçdim".
Flora Kərimova qızı Zümrüdü həyat yoldaşının xoşbəxt nişanəsi adlandırıb: "Qızımın atası mənə xoşbəxt bir nişanə - Zümrüdümü qoydu. Düzdür, qızım atasını 7 yaşında itirdi. Hərdən deyir ki, ana, atamın mövcudluğunun önəmliliyini mən o qədər hiss etmirdim. Çünki sən öz məhəbbətinlə hər şeyi bağlayırdın.
Zümrüdü dünyaya gətirmək istəmirdim. Hərdən düşünürəm, mən qızımı dünyaya gəlməmiş itirə bilərdim. Bəs necə yaşayardım? Mən indi itirməkdən qorxuram. Mən övladlarımın çiynində gedim".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре