https://news.day.az/showbiz/725179.html Xalq artisti "Günəşli" yatağında baş verən faciədən danışdı

Xalq artisti "Günəşli" yatağında baş verən faciədən danışdı

Шоу-бизнес, 7 декабря 2015 09:55 (UTC +04:00) 2 347
Xalq artisti "Günəşli" yatağında baş verən faciədən danışdı

Day.Az представляет новость на азербайджанском языке

Xalq artisti Flora Kərimova "Günəşli" yatağında baş vermiş qəza nəticəsində insanların həlak olması ilə bağlı sosial şəbəkədə yazdığı statusla qəzada həlak olanların ailələrinə başsağlığı verib. 

Milli.Az xalq artistinin yazdığı statusu təqdim edir: "Ailəsindən aylarla uzaqda bir tikə çörək pulu üçün isti ocaqlarından uzaq olub, hər bir əziyyətə qatlanan, zəhməti və alın təri ilə şərəfli bir məsləkin sahibi olan hər bir vətən oğlunun itkisi xalqımın, millətimin yanğı yeridir. Ruhları qarşısında baş əyirəm, onları hər gedişində ürəkləri qubarlı, nigarançılıqla yola salan ailələrinə səbr diləyirəm! Millətim, hər dərdinizə şərikəm!"

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости