Yeni Nəfəs Gənclər Təşkilatı soyqırım qurbanlarını məktəblilərlə yad edib - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Yeni Nəfəs Gənclər Təşkilatı 202 saylı orta məktəbdə 31 Mart Dünya Azərbaycanlıların Soyqırımına həsr olunmuş tədbir keçirib. Əli Namazov və Sevinc Əliyevanın aparıcılığı ilə başlayan tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və Şəhdilərimizin ruhunun anılması ilə başlanıb.

Çıxış edən məktəbin direktoru Qasım Qasımov tədbirin şagirdlərimizin milli düşüncəsinin, vətənpərvərlik ruhunun güclənməsində oynadığı roldan bəhs edib. Ermənilərin havadarlarının dəstəyi ilə müxtəlif tarixi dövrlərdə xalqımızın başına gətirdikləri soyqırımlarından bəhs edib. Söz Yeni Nəfəs Gənclər Təşkilatının sədri Mehman Həsənə verilib. O, zaman-zaman başımıza gətirilən faciələrin səbəbkarlarının bu gündə mövcudluğu və eyni təhdidlərin davam etməsi bizi tariximizdən dərs çıxarmağa, sayıq olmağa vadar etdiyini bildirib. "1918-ci ilin mart-aprel aylarında törədilən soyqırımlarda məqsəd formalamış milli düşüncəni silmək, bir müddət sonra qurulacaq Azərbaycan Xalq Cumhuriyyətinin sosial bazasını məhv etmək idi.
 

Çıxış edən Bakı Dövlət Universitetinin dosenti, müharibə iştirakçısı Atamoğlan Məmmədli 1918-ci il Mart Soyqırımı ilə bağlı apardığı tədqiqatlar nəticəsində aşkar etdiyi faktlardan danışıb. Atamoğlan müəllim Mart Soyqırımının baş verdiyi yerlər, bu hadisələri törətmiş bolşevik rəhbərlərinin tarixi yazışmalarını şagirdlərin diqqətinə çardırıb.
 

Söz ANS televiziyasının "Marş" verilişinin aparıcısı Rahib Qəribə verilib. Tədbirin təşkilinə münasibət bildirən Rahib Qərib mövcud müharibə şəratində gənclərin vətənpərvər ruhda böyüməsinin zərurətindən danışıb.
 

Çıxış edən Milli Dirçəliş Hərəkatı Partiyasının müşaviri Seymur Həsənli son iki yüz ildə bir çox məsələlərin dəyişdiyini, amma türk millətinə qarşı düşmənlərin ortaq planının dəyişmədiyini diqqətə çatdırıb. Qarabağ qazisi Tutu Cumayeva məktəblilərə çağırış edərək daha çox vətənpərvər olmalarının vacibliyindən danışıb. Tədbir müddətində məktəbin şagirdləri Cəfərli Məlahət, Murad Balamətov, Rəqsanə Qurbanova, Sənan Əsədli, Nəzrin Razayev, Seymur Ələkbərov, Fərqanə Mahmudova, Mirzadə Mirdanə Soyqırıma, Azərbaycan bayrağına həsr olunmuş şeir kompozisiyalarını tədbir iştirakçılarına təqdim ediblər. Tədbir iştirakçılarına təşkilat tərəfidən hazırlanmış xüsusi bukletlər paylanıb.


Böyütmək üçün şəkillərə klikləyin.