Bakıda zəncirvarı qəzada 4 maşın toqquşdu

Day.Az представляет новость на азербайджанском языке.


Gecə saatlarında Bakının Nəsimi rayonunda 4 avtomobilin iştirakı ilə zəncirvarı yol nəqliyyat hadisəsi baş verib.

APA TV-nin məlumatına görə, sürücü Həsən Əliyev idarə etdiyi BMW markalı avtomobillə Tiflis prospekti ilə 20 Yanvar dairəsi istiqamətində yüksək sürətlə hərəkətdə olan zaman qəfildən idarəetməni itirib.

Nəticədə BMW əvvəlcə qarşısında hərəkətdə olan "London taksisi"nə, daha sonra metropolitenə məxsus yük maşınına çırpılıb. Sükana bundan sonra da hakim ola bilməyən Həsən Əliyev avtomobili eyni markalı başqa bir maşına da vurub.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları gəliblər. İlkin ehtimala görə, qəza "BMW"nin yüksək sürətlə hərəkət etməsi, "London taksisi"nin isə ona yol verməməsi nəticəsində baş verib. Sürücülər izahatlarının alınması üçün polis şöbəsinə dəvət ediliblər. Faktla bağlı araşdırma aparılır.