Bulaq suyu, park havası - Parklardakı bulaqların suyu içməlidirmi?

Day.Az представляет новость на азербайджанском языке

Paytaxtda əksər parklarda sakinlərin istifadəsi üçün bulaqlar var. İsti yay günlərində parkda gəzintiyə çıxan sakinlərin sərinləməsi üçün bu bulaqların rolu əvəzsizdir. Amma şəhər sakinləri bu bulaqlardan su içməkdə tərəddüd edir. Məhz bunu nəzərə alaraq məsələni araşdırmağı lazım bildik. Milli.Az atv.az-a istinadən bildirir ki, sakinlərin bəziləri bu sudan içsə də, əksəriyyəti suyun içməli olmadığını hesab edir.

Maraqlıdır,  görəsən həmin bulaqlardan gələn su həqiqətənmi təmiz və içməlidir? "Azərsu"  Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, parklardakı bulaqlardan gələn su tam standartlara uyğundur və əhali tərəddüd etmədən həmin bulaqlardan su içə bilər.

Odur ki, parklardakı bulaqlarınn suyundan çəkinmədən içə bilərsiniz.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bulaq suyu, park havası - Parklardakı bulaqların suyu içməlidirmi?