Türkiyədə hərbi konvoya hücum olub, ölən və yaralanan var

Day.Az представляет новость на азербайджанском языке.

Türkiyənin Hakkari vilayətində hərbi konvoya hücum olub.

APA-nın "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, insident Hakkari- Çukurca yolunun 20-cu kilometrliyində baş verib.
 
Məlumata görə, PKK terrorçuları əvvəlcədən basdırdıqları əldəqayırma partlayıcı qurğuları konvoy yoldan keçərkən işə salıblar. Partlayış nəticəsində 1 nəfər ölüb, daha 1-i yaralanıb.
 
Ölən və yaralanan şəxs Hakkari Dövlət Xəstəxanasına aparılıblar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.