Qətər Əmiri Trampın dəvətini rədd etdi

Day.Az представляет новость на азербайджанском языке

Qətər əmiri şeyx Təmim bin Həməd əl-Tani ABŞ prezidenti Donald Trampın Vaşinqtona dəvətini rədd edib.

Day.Az Trend-ə istinadən bildirir ki, Əmir Qətərin blokadada olduğu müddət ərzində ölkəni tərk etməyi planlaşdırmadığını bəyan edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Qəmər adaları və Mavrikiy də qoşulub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.