Bakı trasında qəza - FOTO
Day.Az представляет новость на азербайджанском языке
Bu gün 2018 Azərbaycan Qran Prisi çərçivəsində FİA Formula 2 sinfində keçirilən ilk yarışda qəza baş verib.
Milli.Az xəbər verir ki, yarış başlar-başlamaz "Campos Vexatec Racing"dən komandasının italiyalı pilotu Luka Giottonun idarə etdiyi bolid Azneft dairəsindəki döngədə idarəetməni itirərək əvvəlcə yolun sağındakı təhlükəsizlik səddinə, sonra da "Four Seasons" otelinin qarşısındakı divara çırpılıb.
Toqquşma nəticəsində bolidin bəzi hissələri qoparaq yola səpələnib.
Bundan əlavə, qeyd edək ki, "Charouz Racing System"dən isveçrəli pilot Lui Deletras ümumiyyətlə, bu gün yarışa çıxmayıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре