https://news.day.az/azerinews/1086771.html Azərbaycanda yüksək vəzifəli şəxsin ailəsində faciə - Əməliyyat vaxtı öldü Day.Az представляет новость на азербайджанском языке Qax rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Day.Az Publika.az-a istinadla xəbər verir ki, rayon sakini, 1988-ci il təvəllüdlü Orucova Türkan Sədi qızı yaşadığı evin 2-ci mərtəbəsindən yıxılıb.

Azərbaycanda yüksək vəzifəli şəxsin ailəsində faciə - Əməliyyat vaxtı öldü

Azərbaycanca, 29 января 2019 10:48 (UTC +04:00) 1 358
Azərbaycanda yüksək vəzifəli şəxsin ailəsində faciə

Day.Az представляет новость на азербайджанском языке

Qax rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Day.Az Publika.az-a istinadla xəbər verir ki, rayon sakini, 1988-ci il təvəllüdlü Orucova Türkan Sədi qızı yaşadığı evin 2-ci mərtəbəsindən yıxılıb. Onurğa sümüyündən ağır xəsarət alan 31 yaşlı qadın Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Məlum olub ki, onun onurğasında sınıq var və bu səbəbdən Türkan Orucova Bakıdakı ixtisaslaşmış xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. T.Orucova əməliyyat vaxtı vəfat edib.

Bildirilir ki, bədbəxt hadisə nəticəsində vəfat edən Türkan Orucova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovun baldızıdır.

Allah rəhmət eləsin.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости