MÜSİAD Azərbaycan, İnnovasiya Mərkəzi və "Bilim Bakı" arasında birgə əməkdaşlıq müzakirə olunub

MÜSİAD (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi) Azərbaycan, "Asan xidmət"in İnnovasiya Mərkəzi və "Bilim Bakı" arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bu barədə Day.Az-a MÜSİAD-dan daxil olan məlumatda bildirilir.

Qeyd edilib ki, əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün bu gün İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov və "Bilim Bakı"nın rəhbəri Yusuf Polat, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli və idarə heyətinin üzvləri arasında görüş keçirilib.

Görüş zamanı MÜSİAD bundan sonra da əməkdaşlığın daha da genişləndiriləcəyini qeyd edib.