Mikroavtobusla minik maşını toqquşdu: ölən və

Bu gün səhər saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az APA-ya istinadən bildirir ki, hadisə Xızının Giləzi qəsəbəsi ərazisində qeydə alınıb.

Mikroavtobusla minik maşınının toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, 5 nəfər ağır xəsarətlə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.