UEFA-nın saytı "Qarabağ"dan yazıb

UEFA-nın rəsmi saytı "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda "Braqa" üzərindəki qələbəsindən (4:2) yazıb.

Day.Az xəbər verir ki, yazıda bildirilir:

"Qarabağ" səkkizinci cəhdində bu mövsüm Avropa Liqasının qrupunu ilk iki yerdə başa vurdu. İlk pley-off matçları heç vaxt təsəvvür edə bilməyəcəkləri qədər yaxşı keçdi. Onlar öhtəşəm oyun nümayiş etdirdilər".

Yazıda qeyd olunub ki, Bakıda keçirələcək cavab oyununda Ağdam təmsilçisinin görəcəyi çox iş var: "Qarabağ" tarixində ilk dəfə 1/8 final mərhələdinə yüksəlmək arzusundadır".

Yazıda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun "Braqa" ilə ilk görüşdən sonra söylədiyi fikirlərə də yer verilib: "Biz arxayın olmamalıyıq, cavab oyununa çox ciddi yanaşmalıyıq. "Braqa" kimi komandalar nəticəni çox tez öz xeyrinə çevirə bilər".